Kerri: “ABŞ Ukraynanın yeni prezidentini dəstəkləyəcək”
27 may 2014 06:36 (UTC +04:00)

Kerri: “ABŞ Ukraynanın yeni prezidentini dəstəkləyəcək”

“Demokratiyanın əldə etdiyi qələbəni inkişaf etdirmək üçün ABŞ Ukrayna xalqı və onun yeni prezidenti ilə işləməyi davam etdirmək niyyətindədir”.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu bəyanatla çıxış edən ABŞ-ın dövlət katibi Con Kerri deyib: “Uğurla keçirilən prezident seçkisi Ukraynanın demokratikləşmə prosesinə sadiqliyini təsdiqləyir. Biz bütöv, müstəqil və firavan Ukraynanı dəstəkləyəcəyik”.

 

O, bildirib ki, ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməklə yanaşı, Rusiyanın Krımı işğalını mühakimə edir.

 

C.Kerri Ukraynanın şərqində rusiyayönlü qüvvələrin seçkinin keçirilməsinə mane olmasına baxmayaraq, orada səsvermədə iştirak edən seçicilərin “cəsarəti” və “qərarlılığını” alqışlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar