Kemeron Rusiyanı hədələdi
24 fevral 2015 02:16 (UTC +04:00)

Kemeron Rusiyanı hədələdi

Böyük Britaniyanın Baş naziri Devid Kemeron Rusiyanı yeni sanksiyalarla hədələyib, o cümlədən ölkənin “böyük səkkizlikdən” xaric edilməsini istisna etməyib.

 

APA-nın “Rosbalt”-a istinadən məlumatına görə, D.Kemeron bəyan edib ki, Ukraynanın cənub-şərqində separatçıların qəsb etdikləri əraziləri genişləndirmək cəhdi cavabsız qalmayacaq.

 

“Yaxın günlərdə biz G-8 ölkələri ilə gələcək addımlarımızı müzakirə edəcəyik. Rusiyanın qanuna zidd hərəkətlərinin yeni həddə çatması qəbuledilməzdir”, deyə Kemeron bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131
avatar

Oxşar yazılar