Britaniyanın baş naziri Devid Kemeron Rusiya prezidenti Vladimir Putinin ətrafındakı oliqarxların bank hesablarının dondurulmasını təklif edib.
Lent.az-ın “UNN”-ə istinadən məlumatına görə, o, krallığın parlamentindəki çıxışında bu haqda bildirib.
“Krımdakı olaylara aidiyyətindən asılı olmayaraq, V.Putinin ətrafındakı oliqarxların bank hesablarının dondurulmasını təklif edirəm”-deyə, o, vurğulayıb.