Keçmiş nazirin meyiti oteldə tapıldı
07 noyabr 2015 10:45 (UTC +04:00)

Keçmiş nazirin meyiti oteldə tapıldı

0

Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesinin meyiti oteldə tapılıb. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Vaşinqtondakı “Dupont” otelinin işçiləri keçmiş nazirin meyitini otağında aşkarlayıblar.  

 

Vaşinqton polisinin məlumatına əsasən, M. Lesin noyabrın 5-də ölüb. Faktla bağlı cinayət işi açılıb. Hazırda Rusiyanın Vaşinqtondakı səfirliyi yerli polislə birgə hadisəni araşdırır.

 

Qeyd edək ki, istintaqın ilkin məlumatına görə, keçmiş nazir ürək çatışmazlığından dünyasını dəyişdiyi deyilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar