Keçmiş nazir 7 mln dollar israf edib
01 oktyabr 2014 03:58 (UTC +04:00)

Keçmiş nazir 7 mln dollar israf edib

0
Ukrayna Baş Prokurorluğu  keçmiş maliyyə nazirini 220 mln qrivna  (təxminən 17 mln dollar) məbləğində büdcə vəsaitini israf etməkdə təqsirləndirir. APA-nın məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında bildirilir.
 
“Sabiq nazir digər yüksək vəzifəli şəxslərlə cinayətkar sövdələşməyə girərək “Ukrtelekom” ASC-nin səhm paketinin satışı üzrə müsabiqənin keçirilmə şərtlərini pozmaqla Ukrayna dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanmasını təşkil edib və onu Nazirlər Kabinetinə təqdim edib”, deyə məlumatda bildirilir.   
 
İstintaq hesab edir ki, bu əməl xüsusi təyinatlı telekommunikasiya şəbəkəsinin yaradılması məqsədilə dövlət hesabına lazımi avadanlığın alınması üçün büdcədən 220 mln qrivnanın ayrılması ilə nəticələnib.   
 
Fakt üzrə Ukraynanın keçmiş maliyyə naziri Yuri Kolobov barəsində “Hakimiyyətdən və ya xidməti səlahiyyətlərindən sui-istifadə” maddəsi üzrə   cinayət işi başlanıb. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1124

Oxşar yazılar