Keçmiş bələdiyyə sədri və oğlu öldürülüb
19 oktyabr 2014 21:50 (UTC +04:00)

Keçmiş bələdiyyə sədri və oğlu öldürülüb

0

Türkiyədə keçmiş bələdiyyə sədri oğlu ilə birlikdə qətlə yetirilib. Lent.az-ın Doğan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Şanlıurfa-=Suruç yolunda baş verib. Naməlum şəxs və ya şəxslər yolda hərəkətdə olan və Salih Tekinalpın idarəetdiyi avtomobilə atəş açıb. Çoxsaylı atəşlərdən sonra avtomobil idarəetmədən çıxıb və maneələrə çırpılaraq dayanıb.

 

Salih Tekinalp və oğlu Sinan Tekinalp aldıqları çoxsaaylı güllə yaralarından hadisə yerindəcə keçiniblər.

 

Qeyd edək ki, qətlə yetirilən S.Tekinalp daha əvvəl Suruçun bələdiyyə sədri olub. Onun oğlu 4 ay əvvəl silahlı basqın zamanı yaralanıb. Hadisənin həmin olayın davamı olduğu güman edilir.

 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2973

Oxşar yazılar