Türkiyənin keçmiş baş naziri Tansu Çillərin bağ evindən oğurluq olub. Sabiq başh nazirin evinə girən oğlular 4 min dollar nağd pul və zinət əşyaları oğurlayıblar. Hadisə zamanı evdə heç kim olmayıb.
Eyni bölgədə daha üç bağ evindən də oğurluq olub. Oğrular bağ evlərindən birinin qarovulçusunu silahla yaralayıblar. 36 yaşlı qarovulçu xəstəxanaya yerləşdirilib.
Yerli hüquq-mühafizə orqanları kütləvi oğurluqla bağlı araşdırmalara başlayıblar. Ətrafdakı kameraların görüntüləri vasitəsilə oğruların axtarışı aparılır.