Keçmiş baş cangüdəni Yanukoviçdən danışıb
07 mart 2014 06:13 (UTC +04:00)

Keçmiş baş cangüdəni Yanukoviçdən danışıb

«And içmədən sonra Viktor Yanukoviç tamam dəyişdi. Özündənrazı, təkəbbürlü oldu».

 

Lent.az-ın «tsenzo.net»-ə istinadən məlumatına görə, bunu 2008-ci ilin ortalarından 2012-ci ilin sonunadək Ukraynanın keçmiş prezidenti Viktor Yanukvoiçin təhlükəsizlik xidmətinin ştatdankənar müşaviri, Rusiya vətəndaşı Vyaçeslav Zanevski deyib.

 

«Ondakı ən mənfi cəhət bu adamın  çar olmasıdır. Çarla prezident arasında fərq budur - çarın bütün işləri pis ola bilməz»-deyə, keçmiş müşavir vurğulayıb.

 

 

Onun qənaətincə, Yanukoviçini həddindən artıq var –dövlət yığmağa meyl göstərməsi uşaqlıqdakı kompleksindən və keçmiş həbsxana həyatı ilə bağlıdır.

 

Zanayevski bildirib ki, Yanukoviç tabeliyində olanlara güc tətbiq edə bilirdi: «İşçiləri ondan xoflanmaq dərəcəsində qorxurdu. Ona görə də onların heç biri keçmiş prezidentə irad tutmur, pis xəbər söyləmirdi».

 

# 2084
avatar

Oxşar yazılar