Keçmiş «gözəllik kraliçası» Ərdoğanla əlaqəsi barədə yayılanları təkzib edib
24 mart 2014 21:17 (UTC +04:00)

Keçmiş «gözəllik kraliçası» Ərdoğanla əlaqəsi barədə yayılanları təkzib edib

0

Türkiyənin tanınmış teleaparıcısı Dəfnə Samyeli sosial şəbəkələrdə baş nazir Rəcəb Taib Ərdoğanla sevgi macəraları olması haqda yayılan xəbərləri təkzib edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Türkiyənin keçmiş «Gözəllik kraliçası» bildirib ki, bu hökumət başçısına qarşı məqsədyönlü kampaniyadır.

 

«Mən təəssüf edirəm. Sosial şəbəkələr mənim bütün haqlarımı tapdayıb. Bu xəbəri yayanda heç kim mənim yaxınlarım, özəlliklə övladlarım barədə düşünməyib. Bu şayiələrin hamısını təkzib edirəm. Övladlarıma verdikləri əzaba görə heç kim cəzasız qalmayacaq»-deyə, 42 yaşlı jurnalist vurğulayıb.

 

 

Dəfnə hakim Ədalət və İnkişaf Partiyasının tərəfdarlarındandır. O, bir neçə dəfə baş nazirlə birlikdə ictimaiyyət arasında görünüb. Mənbə bildirib ki, son zamanlar isə Dəfnə ilə  həyat yoldaşı arasında soyuqluğun yaranıb.

 

Rəcəb Taib Ərdoğanın adsız rəqibi internetdə məsələ ilə bağlı videoyazını yerləşdirəcəyini boyun olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2814

Oxşar yazılar