Kazandakı yanğınla bağlı daha bir nəfər saxlanıldı
14 mart 2015 23:58 (UTC +04:00)

Kazandakı yanğınla bağlı daha bir nəfər saxlanıldı

Kazandakı “Admiral” ticarət mərkəzində yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir. 

 

Məlumata görə, saxlanılan şəxs icarədar “Zarya” şirkətinin direktorunun təhlükəsizlik texnikası üzrə müavini Nikolay Kayekindir. O hadisə ilə bağlı təqsiri olmadığını bildirib. Bundan əvvəl ticarət mərkəzində yanğınla əlaqədar məhkəmənin qərarı ilə şirkət direktoru Hüseyn Qəhrəmanov həbs olunub.     

 

Son məlumata görə, “Admiral” ticarət mərkəzində yanğın nəticəsində ölənlərdən 17 nəfərin cəsədi tapılıb. Dağıntılar altında itkin düşmüş daha 19 nəfərin qaldığı ehtimal olunur. Hadisə nəticəsində 50 nəfər xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar