Bu ilin payızında Tatarıstanın paytaxtı Kazanda 10-cu dəfə Beynəlxalq İslam Kinoforumu keçiriləcək.
Lent.az-ın “islam-today”-ə istinadən məlumatına görə, həmin tədbirdə Türksoy Beynəlxalq türk mədəniyyəti təşkilatının “Türksoy mədəniyyətlər dialoqunda” adı altında lentləri də nümayiş etdiriləcək.
Məlumata əsasən, tədbir “Kazan -2014-cü il Türk dünyasnın paytaxtı” çərçivəsində keçiriləcək.
Kazan kinofestivalı təşkilat komitəsinin təmsilçisi bildirib ki, tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, eləcə də Rusiyanın türk bölgələri - Tatarıstan, Yakutiya- Saxa, Xakasiya, Başkortostan, Tıva, Altayın istehsal etdiyi filmlər də göstəriləcək.