Kazanda “Admiral” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 16- ya çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin bildirib.
Bundan əvvəl 15 nəfərin öldüyü, daha 17 nəfərin dağıntılar altında qaldığı ehtimalı edilirdi.
Qeyd edək ki, “Admiral” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Tatarıstanda martın 14-ü matəm günü elan edilib.