Vatikanın Domnikan Respublikasındakı keçmiş səfiri Cozef Vesolovski Roma-katolik kilsəsi tərəfindən mühakimə edilib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, uşaqları zorladığı üçün papalığın təmsilçisi hüququndan məhrum edilib.
Məlumata əsasən, Vesolovski Vatikanın vətəndaşı olduğundan onun törətdiyi əmələ şəhər-dövlətin cinayətkarlığa qarşı mübarizə məhkəməsi də baxacaq.
Ötən il Domnikan Respublikasında çıxan qəzetlər azyaşlı uşaqları zorlaması ilə bağlı xəbərlər yaydıqdan sonra o, səfir vəzifəsindən geri çağırılıb. Bundan öncə Vesolovski Santa-Dominqoda 5 ildən artıq işləyib.
Roma Papası Frantsisk katolik kilsəsini keşişlər arasında uşaqbazlıq edənlərə qarşı qəti mübarizəyə və onları cəzalandırmağa çağırıb.