Karib dənizində qaçaqmalçılardan 10 ton kokain götürülüb
09 dekabr 2015 07:42 (UTC +04:00)

Karib dənizində qaçaqmalçılardan 10 ton kokain götürülüb

Kanada Hərbi-Dəniz Qüvvələri oktyabr-dekabr aylarında narkotrafiklə mübarizə üzrə həyata keçirilən “Karibbi” beynəlxalq əməliyyat çərçivəsində  Karib dənizi akvatoriyasında qaçaqmalçılardan 10 ton kokain müsadirə ediblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

“Narkotiklər ABŞ Sahil Mühafizə Qüvvələrinin dəstəyi ilə “Whitehorse” и “Brandon” patrul gəmiləri tərəfindən ələ keçirilib”, deyə məlumatda bildirilir.  

 

Narkotrafiklə mübarizə üzrə “Karibbi” beynəlxalq əməliyyat 2006-cı ildən keçirilir. Əməliyyatda Kanada, ABŞ, Fransa, Böyük Britaniya, İspaniya və Niderlandın Hərbi-Dəniz Qüvvələri iştirak edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Oxşar yazılar