Kanadanın baş nazirindən Putinə: <span style="color:red;">"Ukraynanı tərk et!"
17 noyabr 2014 11:56 (UTC +04:00)

Kanadanın baş nazirindən Putinə: "Ukraynanı tərk et!"

“ABŞ və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan hər iki tərəf də itirir. Hesab edirəm ki, sammitə qatılan ölkələrin əksəriyyəti bu itkinin fərqindədir”. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Avstraliyanın Brisben şəhərində keçirilən G-20 sammitin sonuncu günü keçirdiyi mətbuat konfransında deyib.

 

Rəsmi Kiyevin ölkənin şərqinə tətbiq etdiyi iqtisadi sanksiyaları “böyük səhv” adlandıran Vladimir Putin belə davam edəcəyi təqdirdə hökumətin bölgəyə nəzarəti itirəcəyini bildirib: “Bununla belə, Ukrayna böhranının həll olunma ehtimalı yüksəkdir”.

 

Dünya mediasında sammitdə özünə qarşı soyuq münasibətin olduğu barədə yazılanların həqiqəti əks etdirmədiyini söyləyən Rusiya lideri danışıqların konstruktiv məcrada keçdiyini qeyd edib. Vladimir Putin eyni zamanda onu sərt şəkildə tənqid edən Avstraliyanın baş naziri Toni Abbotta da qonaqpərvərliyinə görə təşəkkür edib.

 

Rusiya prezidenti günorta yeməyindən sonra sammitin yekunu ilə bağlı bəyanatı gözləmədən yorğun olduğunu bəhanə edərək Avstraliyadan ayrılıb.

 

Lakin sammitdə iştirak edən bir neçə Qərb ölkəsi Rusiyanın Ukrayna böhranındakı oynadığı rolu sərt şəkildə tənqid edib və yeni sanksiyaların olacağı mesajını verib.

 

G-20 sammitində ən yaddaqalan anlardan biri isə Kanadanın baş naziri Stefen Harper və Rusiya prezidenti arasında yaşanıb. Stefen Harper Putinin  əlini sıxarkən “Əlinizi sıxıram, amma sizə söyləyəcəyim tək bir şey var: Ukraynanı tərk etməlisiniz” deyib.

 

ABŞ, Yaponiya və Avstraliya liderləri bazar günü ortaq bəyanatla çıxış edərək “Rusiyanın Krımı ilhaqı və Ukraynanın şərqində vəziyyəti gərginləşdirməsinə qarşı birlikdə qarşı müqavimət göstərəcəklərini” də elan ediblər.

 

ABŞ prezidenti Barak Obama, Avstraliyanın baş naziri Toni Abbott və Yaponiyanın baş naziri Sindze Abe Ukraynada vurulan Malayziya hava yollarına məxsus “MH-17” sərnişin təyyarəsinin vurulmasında günahı olanların da məsuliyyətə cəlb olunmasını tələb ediblər.

 

Noyabrın 12-də Ukrayna ölkənin şərq sərhədinin rus tanklarının pozduğunu elan etmişdi. Rusiya isə on qarşı irəli sürülən bütün iddiaları rədd edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1169
avatar

Oxşar yazılar