Kanadanın Kalqari şəhərində yaşayan kovboy Filipe Masetti at belində 10 ölkəni keçərək 16 min kilometr yol qət edərək yenidən Kanadaya dönüb.
Lent.az-ın “axar.az”-a istinadən xəbərinə görə, Cənubi Amerikadan uşaq yaşlarında ailəsiylə birlikdə köç edərək Kanadaya gələn 27 yaşlı Masetti Latın Amerikası daxilində narkomaniya ilə mübarizə aparmaq məqsədi ilə belə bir addım atdığını söyləyib.
Masetti 2012-ci ilin iyul ayında başladığı səfərində “Bruyser”, “Frençye” və “Dude” adlı atlarıyla Kanadadan Meksikaya oradan da Braziliyaya qədər 16 min kilometr yol qət edib.
Yaşadağı macəranı sənədli film halına gətirmək arzusunda olan kovboy bu uzun səfərdə bir çox narkobaronla tanış olduğunu, bir çoxunun onu qonaq etdiyini və bu kimi bir-birindən maraqlı hadisələrə şahid olduğunu qeyd edib.