Kanadada qocalar evində yanğın: 2 ölü, 8 yaralı
06 fevral 2016 04:27 (UTC +04:00)

Kanadada qocalar evində yanğın: 2 ölü, 8 yaralı

0

Kanadanın Toronto şəhərində (Ontario ştatı) yerləşən qocalar evində güclü yanğın baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

 

Yanğın beşmərtəbəli binanın sonuncu mərtəbəsini əhatə edib. Alovun qarşısını almaq üçün hadisə yerinə 12 yanğınsöndürən briqada cəlb edilib.

 

İnsidentin başvermə səbəbləri müəyyənləşdirilir. Hadisə zamanı binada olan insanların sayı barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 453

Oxşar yazılar