Kanadada metro həyəcanı: 125 min nəfər təxliyyə edildi
09 iyun 2015 04:03 (UTC +04:00)

Kanadada metro həyəcanı: 125 min nəfər təxliyyə edildi

0

Kanadanın Toronto şəhərində metroda baş vermiş texniki qəza nəticəsində 125 min sərnişin təxliyyə edilib.

 

APA-nın Reuters  agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər metropoliteninin dörd xətti iki saat ərzində bağlı qalıb.

 

Məlumata əsasən, metronun bütün kommunikasiya sistemləri naməlum səbəbdən sıradan çıxıb.

 

Qeyd olunur ki, 2015-ci ilin iyulunda Torontoda Panamerika Oyunları keçiriləcək. İyulun 10-da başlayıb, 26-da başa çatacaq Oyunlarda 10 minədək idmançı iştirak edəcək, yarışları 250 min tamaşaçı izləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 199

Oxşar yazılar