Kanadanın Alberta əyalətində baş verən şiddətli meşə yanğınları ilə əlaqədar 2 min nəfər təxliyyə edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli hindilərin Vabaska kəndi məhv olmaq təhlükəsi ilə üzləşib. Kəndin 1500 nəfərlik əhalisi evlərini tərk etmək məcburiyyətində qalıb.
Albertada ümumilikdə 29 yanğın ocağı qeydə alınıb. Alov 4 min hektar ərazini bürüyüb. Yanğınla mübarizəyə 1 300 nəfərdən çox canlı qüvvə, 100-ə yaxın təyyarə və helikopter cəlb edilib.