Kanadada buz yağışı: yüzlərlə aviareys ləğv olundu
25 fevral 2016 07:04 (UTC +04:00)

Kanadada buz yağışı: yüzlərlə aviareys ləğv olundu

0

Kanadanın Ontario və Kvebek əyalətlərində yağan buz yağışı yüzlərlə uçuşun ləğv edilməsinə səbəb olub.

 

APA-nın CBC-yə istinadən verdiyi xəbərə görə, təkcə Toronto şəhərindəki “Pirson” hava limanında 150 aviareys ləğv olunub.

 

Monreal və Ottavadan isə ABŞ-ın Nyu-York, Çikaqo, Boston, Filadelfiya və Vaşinqton şəhərləri istiqamətində onlarla uçuş təxirə salınıb.

 

Kanada Meteoroloji Bürosunun proqnozlarına əsasən, ölkədə buz yağışı fevralın 25-də davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar