Kanadada 200 min nəfər işıqsız qaldı
30 avqust 2015 05:05 (UTC +04:00)

Kanadada 200 min nəfər işıqsız qaldı

0

Kanadanın qərb bölgəsində qeyri-sabit hava şəraiti nəticəsində 200 minə yaxın insan elektrik enerjisiz qalıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, elektrik enerjisinin kəsilməyinə şiddətli küləklə müşahidə edilən yağıntılar səbəb olub.

 

Britaniya Kolumbiyası əyalətinin ən iri meqapolisi Vankuverdə küləyin sürəti saniyədə 32,5 metrədək yüksəlib. Yüzlərlə ağac və elektrik dirəkləri aşıb, yaşayış evləri və nəqliyyat vasitələrinə ziyan dəyib. Eyni zamanda, regionda bərə nəqliyyatının hərəkəti dayandırılıb.

 

Meteoroloqlar isə yağıntıların hələ həftəsonuna qədər davam edəcəyini proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar