Kanada Kremlə hədə-qorxu gəldi
06 iyun 2015 23:34 (UTC +04:00)

Kanada Kremlə hədə-qorxu gəldi

0

Kanadanın baş naziri Stiven Xarper Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Stiven Xarper Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Kanada nəinki 270 rusiyalı və separatçılara qarşı qəbul etdiyi sanksiyaların müddətini uzatmağa, hətta yeni sanksiyalar tətbiq etməyə hazırdır.  

 

“Putin üçün fəsadlar olmalıdır, iqtisadi sanksiyalar qalmalıdır. Və biz vəziyyətdən asılı olaraq Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək üçün müttəfiqlərimizlə əməkdaşlıq etməyə həmişə hazırıq”, deyə Xarper qeyd edib.  

 

Poroşenko bundan əvvəl tezliklə Kanada ilə azad ticarət haqqında sazişin imzalanacağını bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar