Kanada hərbçiləri Əfqanıstandan çıxdı
13 mart 2014 03:35 (UTC +04:00)

Kanada hərbçiləri Əfqanıstandan çıxdı

Martın 12-də Kanada Əfqanıstandakı hərbi missiyasını rəsmi olaraq, başa çatdırıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu məqsədlə ölkə paytaxtı Kabulda Beynəlxalq güclərin mənzil-qərargahında Kanadanın dövlət bayrağı təntənəli şəkildə endirilib.

 

Tədbirə diplomatlar, Kanadanın Müdafiə Nazirliyi və NATO komandanlığının təmsilçiləri qatılıb.

 

Kanada Silahlı Qüvvələri qərargahının rəisi Tomas Louson bildirib ki, ölkəsinin 40 min hərbçisi 12 ilə yaxın müddət ərzində  Əfqanıstanda xidmət edib. Kanadalı 158 əsgər və zabit həlak olub, iki mindən çox hərbçi isə yaralanıb. Bu müddətdə Kanada Əfqanıstandakı hərbçilərinə 11,3 milyard dollar xərcləyib.

 

950 hərbi təlimatçı Kabul, Herat və Məzari-Şəirfdə əfqan əsgər və zabitlərinin hazırlanması üçün təlim bazalarına göndərilib. Martın sonunadək onların da mərhələ-mərhələ çıxarılacağı nəzərdə tutulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar