Kanada <span style="color:red;">“Qazprombank” və “Vneşekonombank” a da sanksiya tətbiq edib
25 iyul 2014 03:30 (UTC +04:00)

Kanada “Qazprombank” və “Vneşekonombank”a da sanksiya tətbiq edib

0

Kanadanın baş naziri Stiven Harper Ukrayna ətrafında baş verən olaylarla bağlı Rusiyanın bir sıra şirkətlərinə qarşı yeni sanksiya tətbiq edib.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu xəbəri “Röyter” yayıb.

 

Hökumət başçısı bildirib ki, yeni sanksiyalar “Rusiyanın hərbi-sənaye kompleksini, eləcə də maliyyə və energetika sektorlarını əhatə edir”.

 

Sanksiya siyahısına Rusiyanın “Qazprombank”, “Vneşekonombank” və qaz istehsalına görə, ölkədə ikinci olan “Novatek” şirkəti də düşüb.

 

Donetsk və Luqanskdakı rusiyayönlü terrorçuların liderləri, Rusiyanın ən iri müdafiə sənayesi şirkətləri də “qara siyahıya” daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 675

Oxşar yazılar