Kanada “İŞİD”-lə mübarizəyə  “F-18” qırıcı təyyarələrini göndərir
21 oktyabr 2014 04:47 (UTC +04:00)

Kanada “İŞİD”-lə mübarizəyə “F-18” qırıcı təyyarələrini göndərir

0

Oktyabrın 21-də Kanadanın altı “F-18” qırıcı təyyarəsi “İŞİD”-ə qarşı beynəlxalq əməliyyatda iştirak etmək üçün Yaxın Şərqə yola düşəcək. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın Müdafiə Nazirliyinin məlumatında deyilir.  

 

““F-18” qırıcı təyyarələri oktyabrın 21-də səhər saatlarında Albert əyalətindəki Kold-Leyk aviabazasından yola düşəcəklər”, deyə məlumatda qeyd olunub.

 

Bundan başqa, Kanada iki ədəd CP-140 Aurora kəşfiyyat təyyarəsi və bir Airbus СС-150 Polaris  yanacaq dolduran təyyarə və 600 hərbçi göndərir. Kanadanın hərbi kontingenti Küveytdə yerləşəcək.    

 

Kanada aviasiyası “İŞİD”in yalnız İraqdakı mövqelərini atəşə tutacaq. Kanada hərbçiləri quru əməliyyatlarda iştirak etməyəcək.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1671

Oxşar yazılar