Obama Kanada-ABŞ nəhəng neft borusundan imtina etdi
07 noyabr 2015 02:38 (UTC +04:00)

Obama Kanada-ABŞ nəhəng neft borusundan imtina etdi

0

ABŞ prezidenti Barak Obama Kanadadan Meksika körfəzinə “Keystone” nəhəng neft borusu çəkmək planından imtina etməyə qərar verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Obamanın açıqlamasına əsasən, o bu qərara dövlət katibi Con Kerrinin ona bu layihənin ABŞ-ın milli maraqlarına zidd olduğunu bildirdikdən sonra gəlib.

 

Prezidentin sözlərinə görə, o məsələ barədə Kanadanın baş naziri Castin Trüdonu məlumatlandırıb. Barak Obama verilən qərarın Castin Trüdonu məyus etdiyini bildirib.   

 

Qeyd edək ki, prezident postuna namizəd Xillari Klinton bundan əvvəl  “Keystone XL” neft borusunun tikintisinə qarşı çıxış edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar