Kamikadzelər məscidi partlatdılar: azı 15 ölü, 50 yaralı
26 fevral 2016 01:34 (UTC +04:00)

Kamikadzelər məscidi partlatdılar: azı 15 ölü, 50 yaralı

0

Bağdadda kamikadzelərin məsciddə törətdiyi iki partlayış nəticəsində azı 15 nəfər ölüb.  APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, əvvəlcə kamikadzelərdən biri  məscidə daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayışdan sonra hadisə yerinə xeyli insan toplaşıb və bu zaman ikinci kamikadze partlayıcı qurğunu işə salıb.

 

Hadisə nəticəsində 50-dək adam yaralanıb.

 

Hələlik heç bir qruplaşma  terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar