Kamerun ordusu Nigeriya ilə sərhəddə “Boko Haram” terror təşkilatının düşərgəsinə hücum edib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 100 terrorçu öldürülüb.
Qeyd edək ki, “Boko Haram” terror təşkilatı Nigeriyanın şimalında 12 kəndə nəzarət edir.
Onu da qeyd edək ki, bu gün İraqda bu ölkənin silahlı qüvvələri şiə və kürd qruplşmalarla birgə İŞİD-ə qarşı əməliyyat həyata keçirib və terror təşkilatına böyük zərbə endirib.