Kalmıkiya Respublikasının paytaxtı Elistanın yaxınlığında maskalı şəxslər məscidi yandırıb. Lent.az-nı Rusiya KİV-ə istinadən məlumatına görə, bu haqda respublika müftisinin müavini Əsluddin Qalabəyov açıqlama verib. Onun sözlərinə əsasən, gecə dövlət nömrə nişanı olmayan iki avtomobil məscidə yaxınlaşıb: “Bir neçə nəfər maşından çıxaraq, molotov-kokteyli məscidə tulladılar. Sonra yanğın baş verib. Atəş məscidin iç hissəsini, o cümlədən kondinsionerləri, xalçaları, plastik pəncərələri tamam məhv edib”.
Müfti müavini bildirib ki, ianələr hesabına məscidin daxili hissəsindəki təmir bu günlərdə başa çatıb.
Ə.Qalabəyovun xatırlamasına əsasən, belə təxribatlar davamlı olaraq, baş verir: “2001-ci ildə Prikumsk qəsəbəsindəki məscidə donuz başı tullamışdılar. 2008-ci ildə müftiyə basqın edilmişdi. Sarpin rayonundakı məscidi uçurtdular. İndi də yanğın baş verib”.
Məlumata əsasən, Kalmıkiyada 40 mindən çox müsəlman var. Respublikada rəsmi şəkildə məscid fəaliyyət göstərmir. Kalmıkiyanın bir sıra rayonlarında və Elistada namaz qılmaq üçün otaqlar mövcuddur.
Məscid kimi fəaliyyət göstərən məscid mövcud idi, onu da yandırıblar.