Kafeyə hücum etmiş ermənilərə 13 ilədək həbs cazası
25 dekabr 2015 02:43 (UTC +04:00)

Kafeyə hücum etmiş ermənilərə 13 ilədək həbs cazası

Rusiyanın Krasnodar vilayəti Sovet rayon məhkəməsində 2014-cü ildə “Master pizza” kafesinin işçilərinə və müştərilərinə hücum etmiş 22 nəfərə hökm oxunub.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir nəfərin ölümü ilə nəticələnən hücumun təşkilatçısı Avanes Arzumanyan cəzasını ciddi rejimli koloniyada çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib.   

 

Məlumata görə, ötən ilin mayın 11-də travmatik tapança, dəyənək, dəmir parçaları və digər əşyalarla silahlanmış bir qrup üzü maskalı şəxs Avanes Arzumanyanın rəhbərliyi ilə “Master pizza” kafesinin işçilərinə və müştərilərinə hücum edib. Hücum zamanı 8 nəfər ağır xəsarətlər alıb,   Timur Aşinov aldığı xəsarətlərdən sonradan  xəstəxanada keçinib, kafenin əmlakına ciddi ziyan vurulub.   

 

Dəstənin qalan üzvləri 8 aydan 4 ilədək müddətə azadlıqdan məhrum ediliblər. Hücumda iştirak edən daha 4 nəfər barəsində federal axtarış elan edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar