Avropa Birliyinin sanksiyasına məruz qalan Çeçenistanın başçısı Ramzan Kadırov özünün sanksiyalar siyahısının elan edib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, o, bu siyahıya ABŞ prezidentin Barak Obama və Avropa Birliyinin indiki rəhbərliyi daxildir.
“Bu gün mən sanksiya siyahısı haqda qərar qəbul etdim. Ora ABŞ prezidenti Barak Obama, Avropa Komissiyasının sədri Joze Manuel Barroza, Avropa Birliyi Şurasının sədri Xerman Van Rompey, AB-nin ali komissarı Ketrin eşton, Avropa parlamentinin sədri Martin Şults daxildir”-deyə, R. Kadırov “İnstagram” səhifəsində yazıb.
Kadırov onların “bank hesablarının dondurulması haqda tapşırıq verib” və iyulun 27-dən həmin siyasətçilərin Çeçenistan Respublikasına girişi yasaqlanıb.
Xatırladaq ki, Avropa Birliyinin tətbiq etdiyi sanksiya siyahısına Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov, Xarici kəşfiyyat xidmətinin rəhbəri Mixail Fradkov, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Ramzan Kadırovun da adı var.