Kadırov Nemtsovun qətlində şübhəli bilinən şəsxin müdafiəsinə qalxıb
20 iyun 2015 03:35 (UTC +04:00)

Kadırov Nemtsovun qətlində şübhəli bilinən şəsxin müdafiəsinə qalxıb

0

Çeçenistan rəhbəri Ramzan Kadırov  “Şimal” batalyonunun hərbçisi Ruslan Qeremeyevin Boris Nemtsovun qətlinin təşkilində qeyri-rəsmi şübhəli bilinməsini  əsassız adlandırıb.

 

“O günahsızdır, o nə körpüdə, nə körpünün yaxınlığında, nədə ki, ümumiyyətlə qətl törədilən rayonda olub. Qeremeyev ədalətli qərar veriləcəyi təqdirdə məhkəmə qarşısına çıxmağa hazırdır. Onun qətllə heç bir əlaqəsi yoxdur, bunu hamı bilir”, deyə Kadırov Forbes nəşrinə müsahibəsində bildirib.    

 

Kadırovun sözlərinə görə, Qeremeyev dövləti, Rusiyanı qoruyan ən yaxşı döyüşçülərdən biridir. Onun sözlərinə görə, o Qeremeyevin aqibəti ilə bağlı məsələni Rusiya prezident ilə müzakirə etməyib. Ramzan Kadırov müsahibəsində Ukraynada olan ümumi düşmənlərə qarşı birləşməyə çağırıb.    

 

Qeyd edək ki, Ruslan Qeremeyev Çeçenistanda güclü mühafizəyə alındığından onu iş üzrə dindirmək hələlik mümkün olmayıb.  

 

Bəzi məlumatlara görə, Qeremeyev saxta sənədlərlə ölkəni tərk edib. Onun  Boris Nemtsovun qətlinin təşkilində şübhəli bilinməsi barədə məlumat hələ də rəsmi təsdiqlənməyib və şərh olunmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar