Kadırov Donetskdə 14 çeçenin döyüşdüyünü etiraf edib
30 may 2014 23:11 (UTC +04:00)

Kadırov Donetskdə 14 çeçenin döyüşdüyünü etiraf edib

0

Çeçenistanın başçısı Ramzan Kadırov Ukraynanın cənub-şərqində 14 çeçenin olduğunu etiraf edib.

 

Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “RİA Novosti” xəbər yayıb.

 

“Ukrayna KİV-i Donetskdə çeçen xüsusi təyinatlılarının olduğunu bildirib. Bu həqiqət deyil. Bizim hesablamalarımıza əsasən, orada 14  çeçen var” - deyə, Kadırov açıqlayıb. O, əlavə edib ki, silahlı qarşıdurma nəticəsində onlardan biri həlak olub, 4-ü yaralanıb.

 

Xatırladaq ki, ötən gün KİV-də  Ukraynanın cənub-şərqində rusiyayönlü terrorçular tərəfdə çeçenlərin döyüşdüyü və bu müddət ərzində 35-45 çeçenin meyitinin Çeçenistana aparıldığı haqda xəbər yayılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 930

Oxşar yazılar