Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün və respublika rəhbərliyində təmsil olunan şəxslərin maaşlarını 10 faiz azaldılmasına dair qərar verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə o Instagram səhifəsində bildirib.
“Biz respublikanın rəhbər işçilərinin maaşlarının azaldılmasına dair qərar qəbul etmişik. Çeçenistan Respublikasının rəhbəri, hökumət başçısı, deputatlar, nazirlər, onların müavinləri və müxtəlif dövlət qurumlarının yüksək vəzifəli əməkdaşları bundan sonra 10 faiz az məvacib alacaqlar”, deyə Kadırov məlumatda bildirib.
Qeyd edək ki, martın 8-də Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin özünün və baş nazir Dmitri Medvesevin aylıq məvacibinin 10 faiz azaldılması ilə bağlı qərar verdiyini bildirib. Həmçinn, baş prokuror, İstintaq Komitəsinin sədri, hökumət və administrasiya aparatlarının əməkdaşlarının da maaşı 10 faiz azaldılıb.