Kabulun hava limanı raket atəşinə tutulub
25 iyun 2014 04:15 (UTC +04:00)

Kabulun hava limanı raket atəşinə tutulub

0

Əfqanıstan paytaxtı Kabulda beynəlxalq hava limanı raket atəşinə tutulub.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, raketlər hava limanı binasının yaxınlığına düşüb.

 

Şahidlər həmin rayonda güclü partlayış səsinin eşidildiyini deyib.

 

Hadisə nəticəsində ölən, xəsarət alan və dağıntı haqda əlavə məlumat yayılmayıb.

 

Mənbə xatırladıb ki, sonuncu dəfə hava limanı bu il mayın 12-də taliban tərəfindən hücuma məruz qalıb. Onda iki raket uçuş – eniş zolağına düşdüyündən bütün uçuşlar dayandırılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 748

Oxşar yazılar