Əfqanıstan paytaxtı Kabulda müstəqil seçki bürosunun komissiyasına taliban yaraqlıları basqın edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə rəsmiləri bildirib ki, basqın nəticəsində 5 taliban yaraqlısı və iki mülki şəxs həlak olub.
Mənbə xatırladıb ki, yaraqlıların təmsilçilərindən biri öncə özünü binanın girişində partladıb. Onun ardınca yaraqlılar büro əməkdaşlarını girov götürüb. Bundan sonra tərəflər arasında atışma başlayıb.
Taliban hücumu məsuliyyətini üzərinə götürüb. Qruplaşma liderləri bildirib ki, belə basqınlarda məqsəd bu il aprelin 6-da keçirilməsi nəzərdə tutulan prezident seçkisi kampaniyasını pozmaqdır.