Kabuldakı mehmanxanaya basqın edən “Taliban” yaraqlılarının Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Lent.az “BBC”-yə istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.
Mənbə bildirib ki, Kabuldakı 111-ci hərbi korpusunun komandiri Kadam Şah deyib: “Döyüş başa çatıb. Basqın edən 5 nəfər zərərsizləşdirilib ”.
Onun sözlərinə görə, dinc əhalidən bir uşaq basqının qurbanı olub. Əcnəbilər arasında xəsarət alan və ya ölən yoxdur.
Mənbə xatırladıb ki, son bir neçə gündə bu artıq ikinci hadisədir. Ötən həftə yaraqlılar Kabulun mərkəzindəki “Serena” otelinə hücum etmişdi. Onda 9 nəfər, o cümlədən 4 əcnəbi öldürülmüşdü.