Yanvarın 20-də Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya səfirliyinin yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Qeyd olunur ki, terrorçuların hədəfində Əfqanıstanın “TOLO News” telekanalının əməkdaşlarını daşıyan avtobus olub. Bildirilir ki, ötən il adıçəkilən telekanalda “Taliban” silahlılarını cinayətlərini ifşa edən çoxsaylı süjetlər yayımlanıb.
Partlayış nəticəsində Rusiya səfirliyinin binasına cüzi ziyan dəydiyi, səfirlik əməkdaşları arasında zərərçəkənlərin olmadığı bildirilir.