Dekabrın 11-də Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində İspaniya səfirliyini mühafizə edən polis ölüb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın baş naziri Mariano Rahoy bildirib.
Baş nazir ölənin ailəsinə başsağlığı verib. Rahoy həmçinin qeyd edib ki, partlayışın hədəfi İspaniya səfirliyi olmayıb: “Terrorçular xarici vətəndaşların qaldığı hoteli partlatmaq istəyib”.
Xatırladaq ki, Kabilin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.