Kabildə polis akademiyası qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 20 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilirdi.
Partlayışı polis forması geyinmiş terrorçu-kamikadze törədib. Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstan müdafiə nazirliyinin binası yaxınlığında minalanmış avtomobil partladılıb, 15 nəfər ölüb, 200-dək insan yaralanıb. Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb