Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb.
APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kabilin polis rəisi Abdulla Rəhman Rəhimi bildirib.
“Park Palace” hotelinə edilən hücum nəticəsində xarici vətəndaşlar daxil olmaqla, beş nəfər ölüb, daha beş nəfər yaralanıb”, deyə Rəhimi bildirib.
Onun sözlərinə görə, polis tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı 54 nəfər xilas olunub, silahlıların hamısı məhv edilib.
****
Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlılar hotelə hücum edib.
APA-nın “The Washington Post”-a istinadən verdiyi xəbərə görə, hadisə əsasən əcnəbilərin qaldıqları “Park Palace” hotelində baş verib.
Əfqanıstanın daxili işlər nazirliyi iki nəfər mülki şəxsin öldüyünü, iki silahlının məhv edildiyini təsdiqləyib. Həmçinin insident nəticəsində 6 nəfərin yaralandığı bildirilir.
Hələlik hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.