Əfqanıstanın paytaxtı Kabilin hava limanı yaxınlığında sutka ərzində ikinci partlayış baş verib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident nəticəsində azı 30 nəfər yaralanıb.
Partlayışlara görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. Terrorçular yaydıqları açıqlamada xarici vətəndaşlar da daxil olmaqla, onlarla ölən və yaralananların olduğunu israr edirlər.
Rəsmi məlumata əsasən, partlayıcı qurğu hava limanının yaxınlığında saxlanılan avtomobildə quraşdırılıb.