Kabayevaya yeni vəzifə verildi
16 sentyabr 2014 01:34 (UTC +04:00)

Kabayevaya yeni vəzifə verildi

Rusiya parlamentinə  “Vahid Rusiya” partiyasından deputat seçilmiş, olimpiya çempionu Alina Kabayeva mandatndan imtina edib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, A.Kabayevanın hansı səbəbdən deputatlıqdam imtina etməsi məlum olub. O, bundan sonra Rusiyanın ən böyük media holdinqi olan “Milli Media Qrupu”nun direktorlar şurasına rəhbərlik edəcək. “Alina Kabayeva Milli Media Qrupuna rəhbərlik etmək təklifini qəbul edib. Bundan əvvəl o, Holdinqin İctimai Şurasına rəhbərlik edib.  Holdinqin Direktorlar Şurasına rəhbərlik etmək təklifini alan xanım Kabayeva bu səbəbdən deputat mandatından imtina etmək qərarına gəlib” – deyə məlumatda qeyd olunur.

 

İTAR-TASS-ın bu məlumatı deputatın rəsmi nümayəndəsinə istinadən yayılıb.

 

“Milli Media Qrupu” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan media qurumlarının siyahısı:

 

“İzvestiya” qəzeti

“News Media” nəşriyyat evi

Televiziya reklamları üzrə inhisarçı – “Video İnternational”

Rusiyanın “1-ci kanal”ı

“STS Media”

REN TV

“Russkaya slujba novostey” radiostansiyası

“Art Pikçers Vijn” telekompaniyası

“5-ci kanal”

“Jizn” qəzeti;

“Tvoy den” qəzeti

“Jara” qəzeti

BUBBLE;

LifeNews.ru;

Marker.ru;

LifeSports.ru;

Dni.ru

Super.ru;

LifeNews TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2224
avatar

Oxşar yazılar