Suriyada 3 ispaniyalı jurnalistin girov götürüldüyü ehtimal olunur.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İspaniya Mətbuat Assosiasiyası Federasiyasının (FAPE) sədri Elza Qonsales bildirib.
Onun sözlərinə görə, iyulun 10-da Suriya sərhədini keçən media nümayəndələri ilə əlaqə iyulun 12-də kəsilib.
“Hələ ki, biz onları itkin düşmüş hesab edirik”, deyə E.Qonsales bildirib.
İspaniyanın xarici işlər nazirliyi hadisə ilə bağlı məlumatlı olduğunu bildirib.