«TSN» telekanalının jurnalistləri Krımın Rusiya hərbçiləri tərəfindən işğal olunan ərazilərinin xəritəsini hazırlayıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, işğal olunan ərazilərdəki hərbçilərin tanınma nişanları yoxdur.
Mənbə bildirib ki, Sevastopolda hərbçilər hava hücumundan müdafiə qüvvələrinin sursat anbarını canlı sədlə hərbi qoruyur. Ukrayna Hərbi Dəniz Donanmasının qərargahı mühasirəyə alınıb.
Beləliklə, telekanalın jurnalistləri Krım Muxtar Respublikasının işğal olunmuş əraziləri barə məlumat verməklə yanaşı, onun xəritəsini də hazırlayıb.