Rusiya Liberal Demokrat Partiyası (RLDP) sədrinin birinci müavini partiya sədri Vladimir Jirinovskinin jurnalisti təhqir etməsi ilə bağlı dumanın müraciətini cavab göndərib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, RLDP fraksiyası rəhbərinin müavini Aleksey Didenko bildirib ki, Vladimir Jirinovskinin jurnalisti təhqir etməsi “Tsirkadin” preparatının yan təsiri ilə əlaqədardır. Məktubda vurğulanıb ki, bu dərmanın yan təsirləri bunlardır: qıcıqlandırıcı reaksiya, yorğunluq, yuxusuzluq, baş gicəllənməsi, təcavüzkarlıq, psixoloji hiperfəallıq və s.
Mənbə bildirib ki, yuxusuzluqdan əziyyət çəkən yaşı 55-i ötmüş insanlar bu dərmanı qəbul edir. Cavabda bildirilib ki, Jirinovski həmin vaxt bu dərmandan qəbul edib.
Xatırladaq ki, bu il aprelin 18-də V.Jirinovski “Rossiya seqodnya” (“Rusiya bu gün”) informasiya agentliyinin jurnalistinin sualını cavablandırmaqdansa, onu təhqir edərək, üstünə qışqırıb.
Olaydan 30 gün sonra Dumanın insan haqları Şurası Jirinovskinin bu hərəkətini “təhqiredici, insan həyatına və sağlamlığına təhlükəli” sayıb.