Janna Darkın üzüyü rekord qiymətə satıldı
0
0
Fransanın milli qəhrəmanı Janna Darkın gümüş üzüyü Londonda TimeLine Auctions auksionunda rekord qiymətə, 297.6 min funta (420 min dollar) satılıb.
Musavat.com xəbər verir ki, bu haqda kampaniyanın idarəçi direktoru, satışın təşkilatçısı Kris Ren məlumat verib.
XV əsrin bəzək əşyasının başlanğıc qiyməti 21 min dollar olub. Qədim bəzək əşyası üçün onlarla kolleksiyaçı mübarizə aparıb.
Nəticədə iki kolleksiyaçı arasında gedən mübarizədə üzüyün qiyməti onlarla dəfə artırıb.
Kolleksionerlər üzükdəki yazının Janna Darkın üzüyü ilə eyni olduğunu qeyd edirlər.
Üzüyün üstündə Jhesus Maria sözləri və üç xaç şəkli var.
0
0