Martın 24-də Gürcüstan Milli Kommunikasiya Komissiyasının toplantısı keçirilib. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ölkənin keçmiş baş naziri Bidzina İvanişvilinin ailəsinə məxsus olan «TV9» peyk telekanalının lisenziyası ləğv edilib.
Mənbənin məlumatına əsasən, 2013-cü il avqustun 19-da teleşirkətin baş direktoru Lyuba Eliaşvili yayımı dayandırdıqlarını bildirmişdi. Bundan sonra komissiya kanalla bağlı vəziyyəti nəzarət götürüb.
Ölkənin uyğun qanununa əsasən, əgər telekanal müəyyən şərtlər daxilində, bir il ərzində davamlı olaraq, 3 ay və ya 120 gün yayımı dayandırarsa, o zaman onun lisenziyası ləğv edilir.
«TV9» 2012-ci ildə İvanişvili tərəfindən təsis edilib. Onun rəsmi yiyəsi «Aktsept»-dir. Teleşirkətin aksiyalarının 80 faizi İvanişvilinin həyat yoldaşı Yekatrina Xvedelidzeyə, 20 faizi isə onun qohumu Kaxa Kobiaşviliyə məxsus olub.