İtalyanlar selfi çempionu oldular
0
0
İtalyanlar ən çox yemək yeyərkən selfi çəkirlər.
Lent.az-ın Musavat-a istinadən verdiyi xəbərə görə, bununla onlar amerikalıları və yaponları geridə buraxıblar. “Pis Kompüter” İnstitutunun apardığı araşdırmaya görə, dünyada hər gün 1 milyondan çox insan selfi çəkir. İtalyanlar isə selfi çəkənlər arasında birinci sıradadır. Fərqli fikirlər paylaşan yaponlardan və amerikalılardan fərqli olaraq italyanlar yemək yeyərkən şəkil çəkib paylaşırlar. Araşdırmaların ortaya qoyduğu digər maraqlı məlumatlar isə belədir:
- İtaliyada ən çox selfi bazar gecələri qadınlar tərəfindən çəkilir;
- Şimali Amerikada ən çox gülərkən selfi çəkilir;
- İndoneziyalılar ən çox cəlbedici şəkillər çəkirlər;
- Selfi çəkərkən ölüm halları ən çox Hindistanda baş verir;
- Şəkil çəkərkən ölənlərin 75%-i kişilər, 20%-i isə uşaqlardı;
- Hindistanın 16 bölgəsində selfi çəkilməsinə icazə verilmir.
0
0