İtaliyanın baş naziri Azərbaycana gəlir
02 sentyabr 2014 16:56 (UTC +04:00)

İtaliyanın baş naziri Azərbaycana gəlir

İtaliyanın Baş naziri Matteo Renzi Azərbaycana səfər edəcək. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.
Sentyabrın ikinci yarısına planlaşdırılan səfər çərçivəsində Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi ilə bağlı məqamlar diqqət mərkəzində olacaq. Bununla yanaşı, iki ölkə arasında əlaqələrin son durumu, müxtəlif sahələrdə münasibətlərin inkişaf perspektivləri də görüşlərdə əsas müzakirə mövzusu olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799
avatar

Oxşar yazılar